12:30 26-09-2020
news_image
149
FUTBOL

“Çelsi”nin futbolçusuna üç müştəri – icarə üçün

İngiltərənin “Çelsi” klubunun futbolçusu Ruben Loftus-Çik komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, London təmsilçisinin yarımmüdafiəçisi üç klubun maraq dairəsindədir.

24 yaşlı ingiltərəlini “Vest Hem”, “Aston Villa” və “Sauthempton” sıralarına qatmaq istəyir. İlk iki klub yarımmüdafiəçini icarəyə götürməyi planlaşdırır.

“Sauthempton” isə Loftus-Çikin maaşının bir hissəsini “Çelsi”nin ödəməsini istəyir. Londonlular buna razılaşsa, icarə reallaşa bilər.

Qeyd edək ki, 2014-cü ildən “Çelsi”nin əsas komandasında oynayan futbolçu ötən mövsüm 7 matçda meydana çıxıb. Onun müqaviləsi 2024-cü ildə başa çatacaq.