15:00 26-09-2020
news_image
167
FUTBOL

Depay üçün növbəti müraciət – “Barselona”dan

“Barselona” “Lion”un hücumçusu Memfis Depayın transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl danışıqları donduran İspaniya təmsilçisi yenidən qarşı tərəfin qapısını döyüb.

Fransızlar La Liqa klubunun 30 milyon avroluq təklifindən imtina etsələr də, “Barselona” məbləği artırmağı düşünmür. Onlar Depayın müqavilə müddətinin gələn ilin yayına qədər olduğunu əsas gətirərək, keçidin reallaşacağına ümid edir.

Qeyd edək ki, “Barselona” Depayla şəxsi müqavilənin detallarını razılaşdırıb.