20:48 26-09-2020
news_image
114
FUTBOL

“Zirə”də itki – serbiyalı müdafiəçi zədələndi

Azərbaycan Premyer Liqasının IV turunda “Keşlə”nin qonağı olan “Zirə” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Rəşad Sadıqov fasilə ərəfəsində erkən əvəzləməyə məcbur olub.

Buna səbəb serbiyalı müdafiəçi Lazar Corceviçin 31-ci dəqiqədə zədələnməsi olub. 28 yaşlı oyunçu mübarizəni davam etdirə bilmədiyindən, Ali Sesayla əvəzlənib.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən görüşdə hesab 1:1-dir.