
02:10
Azərbaycan millisinin futbolçusu Pavel Paşayev Ukrayna çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, milliləşən legioner IV turun “Dnepr-1”lə matçında iştirak edib.
Ev oyununa start heyətində çıxan müdafiəçi görüşü əvəzolunmadan keçirib. Pavelin komandası bu qarşılaşmada 4:1 hesablı darmadağına sevinib.
Qeyd edək ki, 4 oyundan sonra hesabında 6 xal olan “Aleksandriya” 4-cü pillədə qərarlaşıb.