00:01 27-09-2020
news_image
112
FUTBOL

Premyer Liqada yeni rekord – “Brayton”dan

“Brayton” İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”lə qarşılaşan komanda matç ərzində 5 dəfə qapının karkasına tuş gəlib.

Söhbət dirək və tirdən dönən zərbələrdən gedir. Bu, 2003/04 mövsümündən aparılan statistikalara əsasən Premyer Liqanın yeni rekordudur.

“Brayton”un futbolçusu Leandro Trossard üç belə bəxtsizlik yaşayıb. Yarımmüdafiəçi bir dəfə sol, bir dəfə sağ dirəyə, sonda isə tirə nişan alıb.

Bu görüş həm də qeyri-adi sonluqla əlamətdar olub. Görüşə əlavə olunmuş 10-cu dəqiqədə final fitini çalan referi VAR-a baxdıqdan sonra Mançester təmsilçisinin lehinə penalti qərarı verib. Bu, Ole-Qunnar Sulşerin yetirmələrinə 3:2 hesablı qələbə qazandırıb.