
02:10
İspaniya La Liqa2-də 3-cü tura start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” ilk gündə meydana çıxıb.
Adıçəkilən komanda səfərdə “Fuenlabrada” ilə qarşılaşıb. Pate Sissenin 65-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və “Fuenlabrada” aktivinə 3 xal yazdırıb. Start heyətində meydana çıxan İsrafilov 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, cari mövsüm ilk 3 görüşün hamısında məğlub olan “Albesete” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.