00:53 27-09-2020
news_image
181
FUTBOL

Qonaqların günü - “Çelsi” əzmkar heç-heçə etdi

İngiltərə Premyer Liqasında III tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə keçirilən 4 görüşün 3-də qonaqlar qələbə qazanıb, 1-də bərabərlik qeydə alınıb.

Mövsümə məğlubiyyətlə başlayan “Mançester Yunayted” “Brayton” səfərində əzmkar qələbə qazanıb. Dramatik alınan matçın 90+5-ci dəqiqəsində ev sahibləri bərabərliyi bərpa etsələr də, əlavə olunmuş 10-cu dəqiqədə Bruno Fernandes penaltidən “qırmızı şeytanlar”a ilk qalibiyyəti qazandırıb.

İlk iki turu itkisiz tamamlayan “Kristal Pelas”la “Everton” üz-üzə gəlib. Bütün qolların ilk hissədə vurulduğu oyundan minimalhesablı qalibiyyətlə ayrılan liverpullular maksimum göstərici ilə yoluna davam edir.

“Çelsi” autsayder “Vest Bromviç”lə matçı dramatik alınıb. “Vest Bromviç” ilk yarım saatda artıq 3 top fərqi ilə önə keçib. Lakin əzmkarlıq nümayiş etdirən londonlular ikinci hissədə hesabı bərabərləşdirərək, möhtəşəm geridönüşə imza atıb. Frenk Lempardın yetirmələrinin qələbəyə vaxtı çatmayıb.

Turun digər oyunları 27-28 sentyabrda keçiriləcək.

İngiltərə Premyer Liqası
III tur
26 sentyabr
“Brayton” – “Mançester Yunayted” – 2:3

Mupey, 40 (pen.), Març, 90+5 – Dank, 43 (avtoqol), Reşford, 55, Fernandes, 90+10 (pen.)
“Kristal Pelas” – “Everton” – 1:2
Kuyate, 26 – Kalvert-Lyuin, 10, Rişarlison, 40 (pen.)
“Vest Bromviç” – “Çelsi” – 3:3
Robinson, 4, 25, Bartli, 27 – Mount, 55, Hadson-Odoi, 70, Abraham, 90+3
“Bernli” – “Sauthempton” – 0:1
İnqs, 5

1

 Everton

3

3

0

0

8-3

9

2

 Lester

2

2

0

0

7-2

6

3

 Arsenal

2

2

0

0

5-1

6

4

 Liverpul

2

2

0

0

6-3

6

5

 Kristal Pelas

3

2

0

1

5-3

6

6

 Çelsi

3

1

1

1

6-6

4

7

 Tottenhem

2

1

0

1

5-3

3

8

 Mançester Siti

1

1

0

0

3-1

3

9

 Aston Villa

1

1

0

0

1-0

3

10

 Lids

2

1

0

1

7-7

3

11

 Brayton

3

1

0

2

6-6

3

12

 Vulverhempton

2

1

0

1

3-3

3

13

 Mançester Yunayted

2

1

0

1

4-5

3

14

 Nyukasl

2

1

0

1

2-3

3

15

 Sauthempton

3

1

0

2

3-6

3

16

 Vest Bromviç

3

0

1

2

5-11

1

17

 Bernli

2

0

0

2

2-5

0

18

 Vest Hem

2

0

0

2

1-4

0

19

 Şeffild Yunayted

2

0

0

2

0-3

0

20

 Fulhem

2

0

0

2

3-7

0