12:17 27-09-2020
news_image
200
FUTBOL

La Liqa tarixində 3-cü - Ramos

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos La Liqanın ardıcıl 17-ci mövsümündə qol vurub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi buna III turun “Betis”lə görüşündə (3:2) nail olub.

34 yaşlı futbolçu ən azı 17 ardıcıl mövsümdə fərqlənən 3-cü oyunçudur. “Atletik”in sabiq hücumçusu Aqustun Qayns 19 çempionatda bunu bacarıb. “Real”ın sabiq forvardı Karlos Alonsoda isə bu rəqəm 17-yə bərabərdir.