12:36 27-09-2020
news_image
194
FUTBOL

Koronavirusa yoluxdu - millinin baş mışqçisi

Polşa millisinin baş məşqçisi Eji Bjeçik koronavirus pandemiyasına yoluxub. 

Apasport.az saytının məlumatına görə, bu barədə Polşa Futbol Federasiyası xəbər yayıb. 

Məlumatda bildirilir ki, çalışdırıcıdan götürülən testin nəticəsi pozitiv çıxıb. Bjeçik artıq karantinə alınıb.

Qeyd edək ki, Polşa yığması Millətlər Liqası çərçivəsində oktyabrın 11-də İtaliya, 14-də Bosniya və Herseqovina ilə qarşılaşmalıdır.