13:44 27-09-2020
news_image
145
FUTBOL

Fikrindən daşındı – “Real”

İspaniyanın “Real” klubu futbolçusu Luka Yoviçlə bağlı fikrindən daşınıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi hücumçunu satmayacağını bəyan edib.

Paytaxt klubu Lukanı cari mövsümdə də heyətində saxlamağa qərar verib. Serbiyalı futbolçu daha çox oyun praktikası qazanmaq üçün icarəyə yollanmaq niyyətində idi. Baş məşqçi Zinəddin Zidan da bununla razılaşmışdı. Lakin rəhbərlik 22 yaşlı forvardı saxlamağa üstünlük verib.

Qeyd edək ki, Yoviç ötən mövsüm 25 oyunda 2 qol vurub.