14:05 27-09-2020
news_image
139
FUTBOL

Baş məşqçi istefası – Bundesliqada

Almaniyanın “Şalke” klubunun baş məşqçisi Devid Vaqner istefaya göndərilib.

Apasport.az saytının məlumatına görə, bunu Helkenzirhen təmsilçisi açıqlayıb.

Dünən Bundesliqanın II turunda “Verder”ə 1:3 hesabı ilə uduzan “Şalke” qələbəsiz oyunlar seriyasını 18-ə çatdırıb. İlk turda “Bavariya”dan 8 cavabsız qol buraxan klubun rəhbərliyi mütəxəssislə yollarını ayırmağa qərar verib.

Qeyd edək ki, “Şalke” son qələbəsini yanvarın 17-də Mönhenqladbax “Borussiya”sı üzərində qazanıb. 2:0 hesablı qələbədən sonra 6 heç-heçəsi olan komanda 12 məğlubiyyət alıb.