14:53 27-09-2020
news_image
282
FUTBOL

“Yuventus” Korreaya “elçi” düşdü – 50 milyona

İtaliyanın “Yuventus” klubu “Latsio”nun futbolçusu Xoakin Korreanı heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 26 yaşlı argentinalı yarımmüdafiəçini sonradan 50 milyon avroya almaq şərtilə 2 illik icarəyə götürmək niyyətindədir.

Artıq iki klub arasında danışıqlar da başlayıb. Amma Roma təmsilçisi komandanın aparıcı üzvü olan Korreanı bu qiymətə buraxmaqda maraqlı deyil.

Qeyd edək ki, Xoakinin müqaviləsində transfer qiyməti kimi 80 milyon avro göstərilib.