22:09 27-09-2020
news_image
116
FUTBOL

“Bunu yorğunluqla əlaqələndirməzdim” – Elmar Baxşıyev

“Ordumuzun qazanılan qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, qarşıdakı günlərdə ordumuz bizi daha da sevindirəcək və torpaqları geri qaytaracağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

40 yaşlı çalışdırıcı matçdan sonrakı mətbuat konfransında görüş barədə fikirlərini açıqlayıb: “Maraqlı oyun oldu. Hər iki komanda hücum futbolu nümayiş etdirdi. Sərgilədiyimiz oyundan məmnunam. İstədiyimiz futbolu göstəririk. Oyundan-oyuna daha baxımlı oyun nümayiş etdirəcəyimizə inanıram. Hər qarşılaşmaya rəqibin kimliyindən asılı olmayaraq diqtə edən oyun seçirik. Bu, bəzən alınır, bəzən isə yox”.

Baxşıyev səfər görüşünə 3 xal üçün çıxdıqlarını qeyd edib: “Neftçi” ilə oyuna 3 xal üçün gəlmişdik. Bir xal qazandıq. Amma​ futbolçularımın da əməyini dəyərləndirmək lazımdır. Bizim işimiz komandaya qiymət verməkdik. Məncə hakim görüşü normal idarə etdi. Sonda qol buraxmağımızı konsentrasiya və ya yorğunluqla əlaqələndirməzdim. “Neftçi” tempi artırıb daha çox təzyiqi göstərdi. Bunun nəticəsində müdafiədə səhv​ edib qol buraxdıq. Ceyms Adeniyi tanıdığımız futbolçudur. Uzun müddət futboldan kənar qalıb. Güvəndiyimiz oyunçudur. Onun komandaya faydası olacaq”.