09:18 28-09-2020
news_image
96
FUTBOL

Azərbaycan FİFA reytinqində irəliləyəcək – proqnoz

Milli komandaların oktyabr ayında keçirəcəyi oyunlar və bu matçların FİFA reytinqinə təsiri ilə bağlı proqnozlar açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, ehtimallara əsasən Azərbaycan yığmasını gələn ay nələrin gözləyəcəyi bəlli olub.
 
Canni de Byazinin yetirmələrinin Millətlər Liqasında Monteneqro ilə səfər matçında uduzacağı, ardınca evdə Kipri məğlub edəcəyi proqnozlaşdırılır. Bu nəticələr özünü doğrultsa, aktivinə daha 3 xal yazacaq Azərbaycan yığması FİFA reytinqində 111-ci yerə yüksələcək.
 
Hazırda 1179 xalla Nigerlə eyni mövqeni bölüşən komandamız bu yığmanı, həmçinin 111-ci yerdəki Zimbabveni keçəcək.