09:25 28-09-2020
news_image
68
FUTBOL

Azərbaycana dəstək - “Fənərbaxça”dan

Türkiyənin “Fənərbaxça” klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı yayımlayıb. 

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi rəsmi tvitter səhifəsi vasitəsilə bununla bağlı paylaşım edib.

Yayımlanan mesajda "Bizi bir-birimizə bağlayan qürurumuz, ay-ulduzumuzdur! İki dövlət, bir millət! Yanındayıq, sizə dəstəyik, Azərbaycan!” - yazılıb.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” və "Trabzonspor" da Azərbaycana dəstək olub.