
02:10
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan millimiz hazırlıq çərçivəsində MOİK-lə qarşılaşıb.
I divizion təmsilçisi ilə görüşdə qalib müəyyənləşməyib - 1:1. U-19-un heyətində Samir Abdullayev fərqlənib.