10:46 28-09-2020
news_image
74
FUTBOL

Millimizin qapıçısının seriyasını qırdı – iranlı futbolçu

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Premyer Liqadakı quru seriyası qırılıb. 

Apasport.az saytının məlumatına görə, o, “Sumqayıt”la IV turun oyununun (2:2) 52-ci dəqiqəsində qol buraxıb.

Bu topa iranlı legioner Əli Qurbani imza atıb. Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan Məhəmmədəliyev 724 dəqiqədən ibarət quru seriyaya imza atıb. Bu müddətdə millimizin qolkiperi ötən mövsümün 6, cari çempionatın bir görüşündə qapısını toxunulmaz saxlayıb.

Şahruddin 724 dəqiqəlik seriya ilə Azərbaycan çempionatları tarixində 17-ci göstəriciyə imza atıb. Bu, “Qarabağ”ın tarixində 3-cü nəticədir. Məhəmmədəliyev Ağdam təmsilçisinin qapıçıları arasında yalnız Camaləddin Əliyev (958) və  Boyan Pavloviçdən (828) geri qalsa da, Əliyevin 700 dəqiqədən ibarət digər seriyasını keçib.