11:52 28-09-2020
news_image
67
DİGƏR NÖVLƏR

Velosipedçimiz finişə çatmadı – dünya çempionatında

Velosiped idmanının şose növü üzrə dünya çempionatına yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, yarışın son günündə kişilərin qrup yürüşü baş tutub.
 
Azərbaycan velosipedçisi Elçin Əsədov da start xəttinə çıxıb. Lakin idmançımız finişə çata bilməyib.
 
258,2 km məsafəni hamıdan öndə fransalı Julian Alafilppe qət edib. O, finişə 6 saat 38 dəqiqə 34 saniyəyə çatıb.
 
Qeyd edək ki, bundan öncə Əsədov fərdi startla 31,7 km məsafəyə yürüş zamanı 56 velosipedçi arasında 54-cü yeri tutub.