12:14 28-09-2020
news_image
108
FUTBOL

“100-lər klubu”nda – “Neftçi”nin hücumçusu

Azərbaycan Premyer Liqasının IV turu “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, “Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub.

Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/15 mövsümündə “Neftçi”nin heyətində debüt edib. “Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu “Sumqayıt”da 27, “Səbail”də 11 dəfə şans qazanıb.

mövsüm

klub

oyun

2014/15

Neftçi

1

2015/16

Neftçi

2

2016/17

Sumqayıt

27

2017/18

Neftçi

25

2018/19

Neftçi

28

2019/20

Səbail

11

2019/20

Neftçi

3

2020/21

Neftçi

3

 

Cəmi

100