12:19 28-09-2020
news_image
280
FUTBOL

Son 6 vəsiqə - Çempionlar Liqasında

Sabah Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, iki gün ərzində 6 qarşılaşma baş tutacaq.

Bu görüşlərdən sonra qrup mərhələsinin son 6 vəsiqənin sahibi bəlli olacaq və bütün iştirakçılar dəqiqləşəcək. İlk oyun günündə “Omoniya” evdə “Olimpiakos”dan məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Kiyev “Dinamo”su səfərdə qalib gəldiyi “Gent”lə dueldə üstünlüyünü qorumalıdır. Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” səfərdə “Ferensvaroş”la qarşılaşacaq. Bu komandaların ilk duelində hərəyə üç qol vuran komandalar heç-heçə edib.

Ertəsi gün üz-üzə gələcək “Midtülland”la “Slaviya”nın ilk matçında da qalib müəyyənləşməyib. PAOK-un qonağı olacaq “Krasnodar” minimal fərqli üstünlüyünü qorumaq üçün səfər yollanıb. “Zalsburq” isə İsraildə məğlubiyyətə uğratdığı “Makkabi”ni keçməyə köklənib. 

Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 1-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off
29 sentyabr
23:00. “Omoniya” (Kipr) - “Olimpiakos” (Yunanıstan)

İlk oyun – 0:2
23:00. “Ferensvaroş” (Macarıstan) - “Molde” (Norveç)

İlk oyun – 3:3
23:00. “Dinamo” (Ukrayna) - “Gent” (Belçika)
İlk oyun – 2:1

30 sentyabr
23:00. PAOK (Yunanıstan) - “Krasnodar” (Rusiya)

İlk oyun – 1:2
23:00. “Zalsburq” (Avstriya) - “Makkabi” (Təl-Əviv, İsrail)
İlk oyun – 2:1
23:00. “Midtülland” (Danimarka) - “Slaviya” (Çexiya)
İlk oyun – 0:0