12:27 28-09-2020
news_image
83
FUTBOL

Serxio Ramosa çatdı – Lionel Messi

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi daha bir statistik nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İspaniya La Liqasının III turunda “Vilyarreal”la oyunda qol vuraraq buna nail olub.

Komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçda penaltidən bir qol vuran 33 yaşlı oyunçu ardıcıl 17-ci mövsümdə fərqlənməyi bacarıb. Argentina millisinin üzvü İspaniya çempionatında bu həddə çatan 4-cü futbolçu olub. Leo “Real”ın keçmiş hücumçusu Karlos Alonso və hazırkı kapitanı Serxio Ramosa çatıb. Rekord isə ardıcıl 19 mövsüm qol vuran “Atletik”in keçmiş hücumçusu Aqustin Haynza məxsusdur.

Qeyd edək ki, “Barselona” növbəti oyununu oktyabrın 1-də səfərdə “Selta”ya qarşı keçirəcək.