13:05 28-09-2020
news_image
115
FUTBOL

Biri gəldi, biri getdi – Premyer Liqa klubunda

İngiltərənin “Mançester Siti” klubu transfer çalışmalarını davam etdirir. 

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Benfika” klubundan Ruben Diaşı heyətinə qatıb.

23 yaşlı mərkəz müdafiəçisi üçün 68 milyon avro ödəniləcək. Lissabon təmsilçisi bonuslar kimi daha 3,6 milyon qazana bilər.

Nikolas Otamendi isə əks istiqamətdə yollanıb. Portuqaliyalılar 32 yaşlı argentinalı üçün “Mançester Siti”yə 15 milyon avro ödəyəcək.