13:51 28-09-2020
news_image
90
FUTBOL

“İnter” 4 futbolçusunu satır – 1 nəfərə görə

İtaliyanın “İnter” klubu 4 futbolçusunu satmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi transferə boş yer açmaq üçün bu addımı atmaq istəyir.

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kantenin transferində maraqlı olan “neradzurra” fransalı üçün 60 milyon avro xərcə düşməlidir. Həmin məbləği də qarşılamaq üçün italyanlar Joao Mario, Matias Vesino, Raca Nainqqolan və Marselo Brozoviç üçün təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, Nqolo Kante “Çelsi”yə 2016-cı ildə “Lester”dən keçib.