14:42 28-09-2020
news_image
98
FUTBOL

Yoldaşlıq görüşü keçirəcək – millimizlə oyunöncəsi

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığması yoldaşlıq görüşü keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Kipr Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Yohan Valemin rəhbərlik etdiyi komanda oktyabrın 7-də Larnakadakı “AEK Arena”da Çexiya ilə üz-üzə gələcək. Həmin qarşılaşma Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçiriləcək Millətlər Liqası matçına hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, kiprlilər oktyabrın 10-da “Jozi Bartel”də Lüksemburqun, 13-də isə Bakı Olimpiya Stadionunda Azərbaycanın qonağı olacaq.