14:53 28-09-2020
news_image
319
FUTBOL

AFFA UEFA-ya müraciət etdi - "Qarabağ"ın oyuna görə

Avropa Liqasının pley-off mərhələsində baş tutacaq “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Apasport.az saytının məlumatına görə, assosiasiya son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alaraq bu addımı atıb.

Müraciətdə Avropa Liqasının qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburqdakı “Josi Bartel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı Ordu stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.