
00:59
İngiltərənin “Çelsi” klubunun futbolçusu Jorjinyo karyerasını Fransada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi PSJ-nin transfer siyahısına düşüb.
Onun “Arsenal” və ya “Yuventus”a keçəcəyi gözlənilsə də, transferlə bağlı rəsmi danışıqlar başlamayıb. Bundan yararlanan parislilər Jorjinyonu ələ keçirməyə qərar verib.
Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq İtaliya millisinin braziliyalısının qiyməti 52 milyon avrodur.