16:40 28-09-2020
news_image
115
FUTBOL

Braziliya millisinin üzvünü göndərir – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Andreas Pereyra İtaliyaya köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi İtaliya təmsilçisi “Latsio”nun formasını geyinməyə yaxındır.

Braziliya millisinin üzvü romalılara icarəyə veriləcək. Razılığa əsasən, “Latsio” 2021-ci ilin yayında onu birdəfəlik transfer etməlidir. Futbolçu ilə müqavilə 1+4 illik nəzərdə tutulub. Pereyranın yeni komandasında illik məvacibi 2 milyon avro olacaq.

Qeyd edək ki, Andreas Pereyra 2015-ci ildən “Mançester Yunayted”in futbolçusudur. O, bu müddət ərzində İspaniya klubları “Qranada” və “Valensiya”da icarə əsasında çıxış edib.