17:10 28-09-2020
news_image
123
FUTBOL

Messiyə çatmağa 6 pillə qaldı - Nurməhəmmədovda

Marketinq araşdırmaları ilə məşğul olan “Nilsen” şirkəti 2020-ci ilin ən nüfuzlu idmançılarının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qiymətləndirmə zamanı təsir qüvvəsi, nailiyyətlər, aktuallıq, rezonans və gəlir meyarı nəzərə alınıb.

Siyahıya futbolçular başçılıq edir. Lionel Messi 115, Kriştiano Ronaldo 113 xala layiq görülüb. Basketbolçu Lebron Ceyms 110 balla dəyərləndirilib.

MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov cədvəldə 7-ci pillədə qərarlaşıb. Onun hesabında 106 xal var.