17:26 28-09-2020
news_image
198
FUTBOL

13 yaşlı futbolçunun Naftalanda həlak olması ilə bağlı FIFA və UEFA-ya məktub göndərdi - AFFA

AFFA FİFA və UEFA-ya məktub ünvanlayıb.

Apasport.az xəbər verir ki, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib.

Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.

Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FİFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.