18:00 28-09-2020
news_image
165
FUTBOL

FİFA-dan ömürlük cəza – klub prezidentinə

FİFA-nın İntizam Komitəsi Paraqvayın “Olimpiya” klubunun prezidenti Marko Trovatonu ömürlük futboldan kənarlaşdırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb oyunların nəticələrinin əvvəlcədən razılaşdırılması və istintaqla əməkdaşlıqdan imtina etməsidir.

Danışılmış oyunlarda ittiham olunan sabiq prezident 100 min İsveçrə frank məbləğində cəriməyə məruz qalıb. Bu qərar Trovatonun kluba rəhbərlik etdiyi 2018-19-cu illərdəki oyunlarla bağlı olub.

Qeyd edək ki, Marko Trovato 10 gün ərzində FİFA-nın qərarı ilə bağlı apellyasiya vermək hüququna malikdir.