23:13 28-09-2020
news_image
129
FUTBOL

"Roma" elçi düşdü - "Arsenal"a

İtaliyanın "Roma" klubunun futbolçusu Amadu Diavara karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi "Arsenal"ın maraq dairəsinə düşüb.

London təmsilçisi qvineyalının transferi üçün 35 milyon avro xərcləməyə hazırdır. Klublar arasında bununla bağlı danışıqlara start verilib. Premyer Liqa təmsilçisi oyunçusunun keçidinə qarşı deyil.

Qeyd edək ki, "Roma" məhz Diavaraya görə İtaliya A seriyasının I turunda "Verona" ilə oyunda texniki məğlubiyyət alıb. Paytaxt klubu onu əsas komanda üçün sifariş etməyib.