23:48 28-09-2020
news_image
145
FUTBOL

Polşa millisinin futbolçusunu istəyir - "Beşiktaş"

Türkiyənin "Beşiktaş" klubunun yeni transfer hədəfi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi müdafiə xəttini "Sampdoriya"nın oyunçusu Bartoş Berejinski ilə gücləndirmək niyyətindədir.

Super Liqa klubu Polşa millisinin üzvünün transferinin tezliklə reallaşması üçün italyanlarla təmasa keçib. "Sampdoriya" sağ cinah müdafiəçisini birdəfəlik satmağı planlaşdırır.

Qeyd edək ki, Bartoş Berejinski hazırkı komandasına 2017-ci ilin yayında "Legiya"dan keçib.