00:00 29-09-2020
news_image
146
FUTBOL

Xüsusi sistemlər – DÇ-2022 üçün

DÇ-2022-nin keçiriləcəyi stadionlarda havanın temperaturu il boyu 20 dərəcədə saxlanıla biləcək.

Apasport.az saytının məlumatına görə, buna Qətərdəki stadionlarda yerləşdirilən innovasiyalı sərinləmə texnologiyaları imkan verəcək.

Sentyabrın 14-dən bu ölkədə keçirilən Asiya Çempionlar Liqasının həlledici qarşılaşmaları zamanı da bu sistem sınaqdan üzüağ çıxıb. Sentyabrda Qətərdə hava 40 dərəcəyə yaxın olsa da, arenalardakı sərinlik İran “Persepolis”inin ehtiyat oyunçular skamyasında əyləşənləri qızışmağa da vadar edib.

Tətbiq olunan stadionların xüsusi sərinləmə sistemi Qətərin mundialla bağlı sifarişinin əsas hissəsi olub. Bunun hazırlanması üzərində DÇ-2022-nin keçirilməsi üzrə Ali Komitə və Qətər Universitetinin Mühəndislik Kolleci birlikdə çalışıb. Azarkeşlərin rahatlığını təmin etmək üçün sistemlər matçın başlamasından iki saat əvvəl işə salınmalıdır.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.