00:18 29-09-2020
news_image
131
FUTBOL

“Hər həftə “Mançester Yunayted”in penalti vurması ifadəsini eşidəcəm” - Krauç

“Fernandeş “Qızıl buts”u qazanacaq”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Peter Krauç deyib.

O, “Mançester Yunayted”in “Brayton”la qarşılaşmanın final fitindən sonra təyin olunan penalti zərbəsinə münasibət bildirib. Krauç 100-cü dəqiqdəki penaltini qola çevirən Bruno Fernandeşin bu yolla “Qızıl buts” da qazana biləcəyini iddia etməkdən də çəkinməyib: “Mən ona əsaslanıram ki, maya qədər hər həftə “Mançester Yunayted”in penalti vurması ifadəsini eşidəcəm. Premyer Liqada 38 oyun var. Bu da 38 penaltidir. “Brayton”un qapısına təyin olunan penalti qəribə idi. Oyundan sonra rəqiblə görüşən və bir xal qazandığını düşünən vaxt VAR-ın müdaxiləsinə şahid olan komandanın üzvü olacağım halda hansı hisslər keçirəcəyimi bilmirəm”.