09:37 29-09-2020
news_image
253
FUTBOL

Ermənistandan qaçmağa hazırlaşır – panamalı futbolçular

Ermənistanın “Lori” klubunda çıxış edən panamalı futbolçular Manuel Varqas və Karlos Qutyerres ölkəsinə qayıtmaq istəyir.

Apasport.az xəbər verir ki, bunu oyunçular özləri ölkələrinin mətbuatına açıqlamasında deyiblər.

Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıq keçirən futbolçular tezliklə Panamaya dönməyin yollarını axtarırlar. Varqas bununla bağlı klub rəhbərliyinə müraciət etdiklərini də söyləyib. O, hətta Panamaya yollanmaq üçün yerli Xarici İşlər Nazirliyindən kömək istədiklərini əlavə edib.

Qeyd edək ki, həm Manuel Varqas, həm də Karlos Qutyerres “Lori”yə ötən ay keçib.