10:08 29-09-2020
news_image
103
FUTBOL

Qapıçısını göndərir – “Bavariya”

Almaniyanın “Bavariya” klubu qapıçısı Aleksandr Nyubeli icarəyə vermək niyyətindədir.
 
Apasport.az saytının məlumatına görə, 23 yaşlı qolkiperin taleyi digər qapıçı Sven Ulrayxın qərarından asılıdır.
 
Manuel Noyerin kölgəsində qalan sonuncu komandadan getmək istəyir. Amma 32 yaşlı əlcək sahibi “Herta”nın təklifini rədd edib.
 
“Bavariya” Ulrayxı heyətində saxlasa, Nyubel icarəyə göndəriləcək. Bu il transfer olunan Aleksandla bağlı konkret təklif gəlməsə də, münhenlilər Noyerə iki əvəzləyici saxlamaq niyyətində deyil.