00:54 30-09-2020
news_image
308
FUTBOL

6 komanda qrupda – üçü ÇL, üçü AL-də

Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib. 
 
Apasport.az saytının məlumatına görə, həftənin ilk oyun günündə üç matç baş tutub.
 
Bu görüşlərdən sonra qrup mərhələsində mübarizə aparacaq daha üç komanda müəyyənləşib. Bunlar “Olimpiakos”, Kiyev “Dinamo”su və “Ferensvaroş”dur.
 
Sonuncular Azərbaycan çempionu “Qarabağ”ı turnirdən kənarlaşdıran “Molde”ni Çempionlar Liqası ilə vidalaşmağa məcbur edib. İlk oyunda 3:3 hesablı heç-heçə edən macarıstanlılar səfər qolları ilə mərhələ adlayıb.
 
Belçika “Gent”i ilə görüşən “Dinamo” ilk oyundakı kimi yenə qələbə qazanıb. Kiprdə “Omoniya” üzərində inamlı səfər qələbəi qazanan “Olimpiakos” da üstünlüyünü qoruyub.
 
Çempionlar Liqasında mübarizəni dayandıran “Molde”, “Omoniya” və “Gent” Avropa Liqasına yuvarlanıb. Onlar bu turnirin qrupunda çıxış edəcək.
 
Qeyd edək ki, cavab oyunlarına sentyabrın 30-da yekun vurulacaq. Qrup mərhələsinin püşkatması isə oktyabrın 1-də baş tutacaq.

Çempionlar Liqası
Pley-off
29 sentyabr
23:00. “Omoniya” (Kipr) - “Olimpiakos” (Yunanıstan) - 0:0

İlk oyun – 0:2
23:00. “Ferensvaroş” (Macarıstan) - “Molde” (Norveç) - 0:0
İlk oyun – 3:3
23:00. “Dinamo” (Ukrayna) - “Gent” (Belçika) - 3:0
Buyalski, 9, De Pena, 36 (pen.), Rodriques, 49 (pen.)
İlk oyun – 2:1