11:00 29-09-2020
news_image
82
FUTBOL

“Büdrəyəcəyimizə maneə görmürəm” – “Legiya”nın hücumçusu

“Hər mövqedə eyni gücə malik iki futbolçumuz var. Bu sağlam rəqabət komandamızın keyfiyyətini artırır”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın futbolçusu Pavel Vşolek Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

28 yaşlı hücumçu Azərbaycan çempionu ilə matç öncəsi Polşa çempionatında “Şlensk”lə qarşılaşmanın təxirə salınmasına münasibət bildirib. Polşa millisinin sabiq üzvü buna ehtiyac olmadığını söyləyib: “Bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltmək üçün həftəsonu istirahət etməyə ehtiyac yox idi. Şəxsən mən koronavirus pandemiyasına görə uzun müddət futbolsuz qaldıqdan sonra hər gün oynaya bilərəm. Çünki futbola acam. “Şlensk”lə qarşılaşmasının keçirilməsinin tərəfdarı idim. Ancaq 2-3 gün dincəlmək, əlbəttə ki, kollektivin bərpa olunmasına kömək edəcək”.

Vşolek növbəti dəfə “Qarabağ”la matçı mövsümün oyunu adlandırıb: “Yeni baş məşqçinin ciddi dəyişiklik etməyə hələ vaxtı olmayıb. Düşünürəm ki, buna zamanı olacaq. İndi “Qarabağ”la mövsümün oyununda büdrəməyimiz üçün heç bir maneə görmürəm”.

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.