12:31 29-09-2020
news_image
313
TOKİO-2020

Olimpiadaya lisenziya vermək hüququ ləğv olundu – Avropa çempionatının

Bədii gimnastika üzrə Avropa çempionatı Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Avropa Gimnastikası verib.

Qurum bu ilin noyabrında Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq yarış barədə qərarı koronavirus pandemiyası ilə bağlı verib: “Biz federasiyalara təzyiq etmək istəmirik ki, yarışa yalnız təsnifat xarakteri daşıdığı üçün yollansınlar”.