12:58 29-09-2020
news_image
121
FUTBOL

A seriyası klubundan təklif – “Qarabağ”ın rəqibinə

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Legiya” futbolçusunu İtaliya klubu “Kalyari”yə sata bilər.

Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisinin müdafiəçisi Nidokem Niski A seriyası klubunun maraq dairəsinə düşüb.

18 yaşlı sağ cinah oyunçusu “Legiya”nın əsas komandasında hələ debüt etməsə də, kollektivlə hazırlaşır və hətta “Qarabağ”la matçın iştirak ərizəsinə salınıb. Varşavalılar ilk təklifi mənfi cavablandırdığından, “Kalyari” ikinci cəhddə daha yüksək məbləğ təklif edib.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Varşavada baş tutacaq. Nidokem Niski isə Polşanın U-19 yığmasının üzvüdür.