13:42 29-09-2020
news_image

Bakıdakı Qran-pri ləğv olundu

Paracüdo üzrə Bakıda keçirilməli olan Qran-pri turniri və beynəlxalq təlim-məşq toplanışı ləğv olunub. 

Bu barədə apasport.az saytına məlumatı Milli Paralimpiya Komitəsindən veriblər. 

Bildirilib ki, bu ilin noyabr ayının 12-20-də təşkil edilməli olan yarış keçirilməyəcək. Həmçinin təlim-məşq toplanışı da baş tutmayacaq.