13:59 29-09-2020
news_image
469
FUTBOL

Braziliyalıların qol vurduğu gün – “Qarabağ” üçün

Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” növbəti matçını oktyabrın 1-də keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Legiya” ilə görüşünədək komandalarımız bu tarixdə 2 oyun keçirib.

Hər iki qarşılaşma 2015/16 mövsümünə təsadüf edib. Avropa Liqasının qrupunda mübarizə aparan “Qarabağ”la “Qəbələ” 5 il öncə oktyabrın 1-də qrup mərhələsinin matçına çıxıb.

Ağdamlılar evdə Belçika “Anderlext”ini qəbul edib. Azərbaycan çempionu Riçard Almeydanın qolu ilə qələbə qazanıb.

Həmin gün “Qəbələ” səfərdə “Krasnodar”la üz-üzə gəlib. Rusiya təmsilçisinin 2:1 hesablı qələbə qazandığı qarşılaşmada Dodo qol sevinci yaşayıb.

Eyni gündə 1 qələbə və 1 məğlubiyyəti olan təmsilçilərimiz 2 qol vurub, eyni sayda top buraxıb. Klublarımızın hər iki topunu braziliyalı legionerlər vurub.