15:49 29-09-2020
news_image
106
FUTBOL

“Tottenhem”in futbolçusunu istəyir - PSJ

Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Tottenhem”in futbolçusu Dele Allini heyətinə cəlb etməkdə maraqlıdır.

Apasport.az saytının məlumatına görə, klublar arasında danışıqlara artıq start verilib.

Parislilər İngiltərə millisinin üzvünü ilk mərhələdə icarəyə götürmək niyyətindədir. PSJ “transfer pəncərəsi”nin bağlanacağı 5 oktyabr tarixinə qədər keçidi həll etməyə çalışır. Bu məsələdə son qərarı “Tottenhem”in pezidenti Daniel Levi verəcək.

Qeyd edək ki, 2015-ci ildən “Tottenhem”in formasını geyinən Dele Allinin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.