16:13 29-09-2020
news_image
153
FUTBOL

"Legiya" ilə oyunu buraxacaq - Donald Gerye

“Qarabağ”ın futbolçusu Donald Gerye Avropa Liqasının pley-offunda "Legiya" ilə oyunu buraxacaq.

Apasport.az saytı klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, haitili cinah oyunçusunun əvvəlki pasportunun vaxtı bitib, yenisi isə sifariş edilsə də, hələ gəlib çıxmayıb. Bu səbəbdən o, Polşaya gedə bilməyəcək (qol.az).

"Qarabağ" bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yollanacaq.

Qeyd edək ki, oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.