16:26 29-09-2020
news_image
216
FUTBOL

“Azərbaycanla oyunda bunu təsdiqləməliyik” - Faruk Hadjibeqiç

“Kipr və Lüksemburqla oyunlarda iştirak edən heyətə güvənmək qərarına gəldim. Bütün oyunçuların sağlam və formada olmalarına sevinirəm. Ümid edirəm ki, qarşıdakı matçlara qədər zədələnməzlər”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadjibeqiç Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqla keçiriləcək oyunlar barədə danışarkən deyib.

Qarşıdakı matçların 23 nəfərlik heyətini açıqlayan 63 yaşlı mütəxəssis komandasına güvəndiyini vurğulayıb: “İlk iki matçdakı qələbəyə baxmayaraq, rəqiblər kimi sıfırdan başlayacağıq. İndiyə qədər topladığımız 6 xal qrup birinciliyi üçün zəmanət deyil. Sadəcə, yarışın davamında keyfiyyətli iş və yüksək səviyyədə oyun ortaya qoymaq üçün stimuldur. Azərbaycan və Lüksemburqla görüşlərdə indiyə qədər qazandığımız xalları təsdiqləməliyik. Bundan ötrü maksimum motivasiya, konsentrasiya, istək və nizam-intizama ehtiyacımız olacaq”.

Hadjibeqiç matçların boş tribunalar önündə keçirilməsini onlar üçün mənfi hal kimi dəyərləndirib: “Oyunları azarkeşsiz keçirəcəyimiz üçün məyusam. Onların dəstəyi həmişə böyük əhəmiyyət kəsb edir. Bizi evlərində televiziya qarşısında dəstəkləyəcək azarkeşlərimizi sevindirmək öz əlimizdədir”.

Qeyd edək ki, Monteneqro yığması C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 10-da Azərbaycan, 13-də isə Lüksemburqu qəbul edəcək.