16:48 29-09-2020
news_image
160
DİGƏR NÖVLƏR

İdmançılara dopinq verdiyini etiraf etdi - həkim

İdmançıları dopinqlə təmin etdiyi üçün 10 il həbs cəzası alacağı gözlənilən almaniyalı həkim Mark Şmidt cinayət əməllərini etiraf edib.

Apasport.az saytının məlumatına görə, o, vəkili vasitəsilə hazırladığı izahatda 2012-ci ildən başlayaraq idmançılara dopinq verdiyini bildirib.

Şmidt bu hərəkəti zamanı idmançıların həyatını təhlükəyə atmadığını, onların sağlamlığı ilə risk etmədiyini qeyd edib. Həkim gördüyü əməllərdən maliyyə baxımından qazanmadığını da vurğulayıb.

Münhen şəhərinin baş prokurorluğu 42 yaşlı tibb işçisi qarşı 150-yə yaxın epizodla bağlı ittiham irəli sürüb. Şmidt bunların bir qismini etiraf edib. Onunla yanaşı, 4 assistentinin də adı bu cinayət işində hallanır.

Qeyd edək ki, Şmidt Erfurt şəhərindəki klinikası ilə bağlı olan dopinq şəbəkəsinin təşkilində günahlandırılır. O və köməkçiləri müxtəlif ölkələrin idmançıları ilə əməkdaşlıq edərək, onlara dopinqdən istifadədə yardım edib, həmçinin onların üzərində müxtəlif preparatları sınaqdan keçirib.