17:27 29-09-2020
news_image
137
FUTBOL

A seriyası dayandırılır? – koronavirusa görə

Koronavirus pandemiyası İtaliyanın A seriyasında fasilənin yaranmasına səbəb ola bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yoluxma halları üzündən çempionatın iki həftəlik dayandırılacağı gözlənilir. 

Buna əsasən “Cenoa” klubunda baş verənlər səbəb olub. Genuya təmsilçisinin 14 futbolçusu və personal üzvləri koronavirusa yoluxub.

Qeyd edək ki, bu ay start götürən A seriyasında 2 tur keçirilib.