17:51 29-09-2020
news_image
106
FUTBOL

Yeni transferi zədələndi – “Bavariya”nın

Almaniyanın “Bavariya” klubu ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa çempionunun hücumameyilli oyunçusu Leroy Sane sıradan çıxıb.

Komandanın baş məşqçisi Hans-Diter Flik 24 yaşlı futbolçunun dizindən zədələndiyini söyləyib. O, Almaniya millisinin üzvünün 2 həftə futbol oynamayacağını söyləyib: “Ümid edirəm ki, milli komandaların beynəlxalq oyunları ilə bağlı yaranacaq fasilədən sonra Leroy kollektivlə birlikdə olacaq”.

Qeyd edək ki, Leroy Sane “Bavariya”ya bu ilin yayında İngiltərə təmsilçisi “Mançester Siti”dən keçib.