22:12 29-09-2020
news_image
126
FUTBOL

Koronavirusa yoluxdu – “Liverpul”un yeni transferi

İngiltərənin “Liverpul” klubunun futbolçusu Tyaqo Alkantara koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, İspaniya millisinin yarımmüdafiəçisindən götürülən testin nəticəsi pozitiv çıxıb. 29 yaşlı oyunçu artıq özünü təcrid edib və həkim nəzarəti altında müayinə olunur.

Qeyd edək ki, Tyaqo Alkantara “Liverpul”a bir neçə gün əvvəl Almaniya çempionu “Bavariya”dan keçib.