22:36 29-09-2020
news_image
133
FUTBOL

Bütün futbol turnirləri dayandırıldı - Ermənistanda

Dağlıq Qarabağda baş verən hadisələr Ermənistanda keçirilən bütün futbol turnirlərinin dayandırılması ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, bu barədə Ermənistan Futbol Federasiyası bəyanat yayıb.

Bildirilib ki, Avropa Liqasının pley-off mərhələsinin “Ararat-Armeniya” – “Srvena Zvezda” matçı neytral meydana salınıb, daxili turnirlər isə dayandırılıb: “Baş verənləri nəzərə alaraq Ermənistan çempionu “Ararat-Armeniya”nın Serbiya “Srvena Zvezda”sı ilə Avropa Liqasının pley-off mərhələsindəki oyunu Yerevanda baş tutmayacaq və Kiprdə keçiriləcək. Həmçinin federasiyanın bayrağı altında keçirilən bütün yarışlar qeyri-müəyyən müddətə qədər dayandırılıb. Müvafiq olaraq Premyer Liqanın sentyabrın 30-na planlaşdırılan görüşləri də təxirə salınıb”.